Modern üslubda dizayn edilmiş Supreme Otel 2019 - cu ilin aprel ayından etibarən fəaliyyət göstərir.
Bakının işgüzar mərkəzlərinin yaxınlığında yerləşən Supreme Oteldən biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək mümkündür. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə otelə sadəcə 15 dəqiqəlik məsafədədir.
Supreme Oteli özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları özundə əks etdirir.
Bizim mehriban işçi heyətimiz və onların yüksək keyfiyyətli fərdi xidməti sizin istirahətinizi unudulmaz edəcək.
Əsrarəngiz gözəlliyə sahib olan restoranımızda Azərbaycan mətbəxinin ləziz təamları ilə bərabər, Aralıq dənizi mətbəxinin çeşidləri də sizlərə təklif olunacaq.Restoranda səhər yeməyi ödənişə daxildir.
Aşağıdakı forma vasitəsi ilə otaqlarımızı onlayn və zəmanətli bir şəkildə sifariş edə bilərsiniz.